Azərbaycan.media xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində bütün maliyyə mənbələri hesabına tikinti-quraşdırma işlərinə 4 milyard 911,2 milyon manat vəsait sərf olunub.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən yaydığı məlumata görə, hesabat dövründə ən çox vəsait Kəlbəcər (994,6 milyon 11 min manat), Ağdam (740 milyon manat) və Zəngilan (731 milyon manat) rayonlarına yönəldilib.
Xatırladaq ki, ötən il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 21 milyard 226,1 milyon manat investisiya yatırılıb. Bunun 16 milyard 18 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə yönəldilən vəsait respublika üzrə bu sahəyə ayrılan ümumi vəsaitin 30,7 faizini təşkil edib.
Hesabatda həmçinin rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin bölgüsü diaqram şəklində təqdim olunub.
