🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda 14 əsas istiqamətdə nəqliyyat sıxlığı qeydə alınıb – siyahı

Azərbaycan.media xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxt yollarındakı mövcud vəziyyət açıqlanıb.

Hazırda sıxlıq müşahidə edilən istiqamətlər aşağıdakılardır:

  1. Bakı-Sumqayıt şosesi, 20 Yanvar metro stansiyası istiqamətində;

  2. 20 Yanvar dairəsi;

  3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

  4. Binəqədi şosesi, Azadlıq prospekti metro stansiyası istiqamətində;

  5. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  7. Tbilisi prospekti, 20 Yanvar metro stansiyasından mərkəz istiqamətində;

  8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar metro stansiyası istiqamətində;

  9. Aeroport şosesi, Koroğlu metro stansiyası istiqamətində;

  10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

  11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

  12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.

NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi və sıxlıq olan ərazilərdə hərəkət zamanı diqqətli olmağı tövsiyə edir.