🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ senatoru: Putin strateji məğlubiyyətə uğrayıb

Azərbaycan.media xəbər verir ki, tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiya Prezidenti Vladimir Putin əsas məqsədlərindən heç birinə nail ola bilməyib və həm döyüş meydanında, həm də ondan kənarda uğursuzluqlarla üzləşib.

Bu fikirləri amerikalı senator Kris Kuns səsləndirib.

Senator bildirib ki, Avropadakı müttəfiqlər mövcud vəziyyəti kritik mərhələ kimi qiymətləndirirlər. Onun sözlərinə görə, Rusiya döyüş meydanında üstünlük əldə edə bilmir və Putin strateji məğlubiyyətə uğrayıb.

Kuns vurğulayıb ki, Rusiya lideri qarşıya qoyduğu əsas hədəflərə çatmayıb. O əlavə edib ki, əksinə, NATO genişlənib və bu da Moskvanın gözləntilərinin əksinə nəticədir.