🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanovanın yubileyi qeyd olunur

Bu gün əziz dostumuz, cəfakeş və fədakar ailə başçısı, qayğıkeş həyat yoldaşı, sevimli ana, mehriban xala və bibi, eyni zamanda səmimi və canıyanan dost – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanovanın yubileyidir.
Həyatının hər mərhələsində zəhmətkeşliyi, məsuliyyəti və insanpərvərliyi ilə seçilən Fəridə Aslanova həm peşə fəaliyyətində, həm də ailə həyatında örnək bir xanımdır. O, çalışdığı kollektivdə yüksək peşəkarlığı, sözə və sənətə həssas münasibəti ilə böyük hörmət qazanıb. Eyni zamanda ailəsində göstərdiyi qayğı, sədaqət və sevgi onu əsl ailə dayağına çevirib.
Yeni yaşı münasibətilə əziz dostuma ən səmimi arzularımı çatdırıram. Arzum budur ki, 100 il yaşasın! Həyat yoldaşı və övladları ilə birlikdə dişi və dırnağı ilə qurduğu o xoşbəxtlik sarayında daim şahzadə kimi yaşasın. Həyatı sevinc, firavanlıq və sağlamlıq içində keçsin.
İnanıram ki, bu mehriban bacımız gələcəkdə necə gözəl nənə olacaq! Nəvələrinin, nəticələrinin əhatəsində, onların başına pərvanə kimi dolanan, sevgisini və istiliyini əsirgəməyən bir nənə obrazı ilə ömrünün ən xoş çağlarını yaşayacaq.
Fəridə xanıma möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və bütün arzularının gerçəkləşməsini diləyirəm. Qoy yeni yaşı ona daha böyük uğurlar, sevinc dolu günlər və yeni nailiyyətlər gətirsin.

 

Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media