🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Özbəkistan Prezidenti Mirziyoyev Vaşinqtona işgüzar səfər edəcək

Azərbaycan.media xəbər verir ki, Şavkat Mirziyoyev fevralın 17-19-da Vaşinqtona işgüzar səfər edəcək və Sülh Şurasının inauqurasiya iclasında iştirak edəcək. Bu barədə məlumat Özbəkistan Prezidentinin mətbuat xidməti tərəfindən verilib.

Səfər Donald Trampın dəvəti ilə təşkil olunub. Proqram çərçivəsində Mirziyoyevin strateji layihələrin təqdimatında iştirak etməsi və ABŞ-ın aparıcı şirkətləri ilə maliyyə institutlarının rəhbərlərinin iştirakı ilə iqtisadi sahədə ikitərəfli sənədlərin imzalanması mərasimi nəzərdə tutulub.

Xatırladaq ki, Sülh Şurası Donald Trampın təşəbbüsü ilə yaradılıb. Özbəkistan bu ilin yanvarında Davos şəhərində təsisçi dövlət qismində Şuraya qoşulub.