🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda məktəblinin xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan.media xəbər verir ki, dünən saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, pasiyentə dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu qoyulub və ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda məktəblinin həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində yerləşən 33 nömrəli tam orta məktəbdə insident baş verməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, 2012-ci il təvəllüdlü H.B. sinif yoldaşı tərəfindən döyülüb və nəticədə qapalı kəllə-beyin travması alıb.

Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparacağı gözlənilir.