Azərbaycan.media xəbər verir ki, ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına məxsus gəmini hədəfə alıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, kəşfiyyat məlumatları sözügedən gəminin Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan tanınmış marşrutlar üzrə hərəkət etdiyini təsdiqləyib.
Bildirilir ki, əməliyyat zamanı narkotik terror fəaliyyəti ilə məşğul olan iki nəfər zərərsizləşdirilib. ABŞ Cənub Komandanlığı əməliyyatın narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində həyata keçirildiyini vurğulayıb.
