Azərbaycan.media xəbər verir ki, paytaxt Bakının bir sıra əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac qeydə alınıb:
-
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
-
Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;
-
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;
-
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
-
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;
-
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Tbilisi prospekti – “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
-
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
-
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində.
Sürücülərə qeyd olunan istiqamətlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
