***
evin içində
səni içəridə tutacaq nəsə olmalı,
elə çöldə də.
üşüyür əlin, ayağın,
içərindən isinmədinsə heç;
hökmən öz içindəki odu qarışdırmalı,
külü yaymalı,
ustufca qoymalı
közü köz üstə…
özünlə iç-içəliyin
içəcəyin
bir ovuc suyu da təsiri altına alar,
səni özünə
daha çox yaxınlaşdırar, bağlar,
səni daha çox özün edər,
düşünsən əgər…
Müəllif: Şakir Xanhüseynli
Mənbə: Azərbaycan.media
