🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarına hökm oxunur

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları barəsində açıq məhkəmə prosesində hökm oxunur.

Təqsirləndirilən şəxslər arasında Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri yer alır.

Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ilə yanaşı, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edirlər. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov məhkəmədə iştirak edir.