Azərbaycan.media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan mükafatı laureatlara təqdim edib.
Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün, tolerantlığın və xalqlar arasında qarşılıqlı anlayışın təşviqinə töhfə verən şəxslərə və qurumlara təqdim olunur.
Mərasimdən yeni fotoları təqdim edirik.






Oxundu: 8
