🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Braziliyada avtobus qəzası: 16 ölü, 44 yaralı

Azərbaycan.media xəbər verir ki, Braziliyanın Sao Jose de Tapera qəsəbəsində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub, 44 nəfər yaralanıb.

Axar.az-ın məlumatına görə, hadisə ilə bağlı Braziliya mətbuatı xəbər yayıb. Bildirilib ki, avtobus Ceara ştatında keçirilən “Kandelaria Məryəm Ana” adlı dini bayrama qatılan şəxsləri daşıyırmış.

Hadisə səbəbindən Alagoas əyalətində 3 günlük rəsmi matəm elan edilib.