Azərbaycan.media xəbər verir ki, Bakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb.
Bu barədə DİN-in Mətbuat Xidməti bildirib. Bildirilib ki, ailəsinə məlumat vermədən yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedən Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.
Məlumatda qeyd olunub:
“Araşdırmalar zamanı itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu, şəxsi niyyətindən irəli gələn addım olub. Hazırda onunla profilaktik söhbət aparılır və bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı diqqətinə çatdırılıb.”
Qeyd edək ki, Vasif Abidinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir və tətilini Bakıda keçirmək üçün yaxınlarına qonaq gəlmişdi.
