🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə kiberdələduzluqda 90 nəfər saxlanılıb

Azərbaycan.media xəbər verir ki, Türkiyədə kiberdələduzluqda ittiham olunan 90 nəfər saxlanılıb.

Əməliyyatlar ölkənin 15 rayonunda həyata keçirilib.

Əməliyyat nəticəsində şübhəlilərin hesablarında ümumilikdə 1,1 milyard türk lirəsi aşkar edilib. Saxlanılan şəxslərdən 58-i həbs olunub, 25-i barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edilib, qalanları ilə bağlı isə araşdırmalar davam edir.