Azərbaycan.media xəbər verir ki, bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Motodrom” qaz xəttində aşkar edilən sızmanın aradan qaldırılması məqsədilə saat 10:00-dan etibarən işlər yekunlaşanadək Binəqədi rayonu Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı dayandırılacaq.
