Azərbaycan.media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə əlaqədar gəmilərə rəsmi xəbərdarlıq yayıb.
Agentlikdən verilən məlumata görə, fevralın 3-ü axşam saatlarından etibarən Xəzər dənizi akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarınadək davam edəcək.
Qeyd olunub ki, bu müddət ərzində küləyin sürəti 18–23 m/s təşkil edəcək, arabir 25–30 m/s-dək güclənəcək. Açıq dənizdə isə küləyin sürətinin vaxtaşırı 32–34 m/s-yə çatacağı gözlənilir.
Proqnozlara əsasən, dalğaların hündürlüyü 3–4 metr olacaq, sonrakı mərhələdə isə 5–7 metrədək yüksələcəyi ehtimal edilir. Gəmilərə təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.
