Azərbaycan.media xəbər verir ki, Almaniyada yaşayan bir qrup Güney azərbaycanlı fəal Berlin şəhərində etiraz aksiyası təşkil edib.
Fəallar aksiya barədə sosial şəbəkələrdə paylaşım edərək məlumat yayıblar. Etiraz zamanı İran həbsxanalarında saxlanılan azərbaycanlı milli məhbusların posterlərini daşıyan iştirakçılar onların dərhal azadlığa buraxılmasını tələb ediblər.
Aksiya iştirakçıları, eyni zamanda, “Nə şah, nə şeyx” şüarları yazılmış plakatlar qaldıraraq həm molla rejiminə, həm də şahlıq idarəetməsinə qarşı olduqlarını ifadə ediblər.
