🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının əsas magistrallarında nəqliyyat sıxlığı yaranıb – siyahı açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda paytaxt yollarındakı mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Məlumata əsasən, nəqliyyat sıxlığı aşağıdakı istiqamətlərdə qeydə alınıb:

  1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

  2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

  3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

  5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

  7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

  8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

  9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

  10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

  11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

  12. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  13. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı tövsiyə edir.