Azərbaycan.media xəbər verir ki, ABŞ Konqresi turistlərə Kubadan çıxmağı tövsiyə edib.
Bu barədə Respublikaçı konqresmen Karlos Ximenez sosial şəbəkə X-də paylaşım edib. O, adada olan bütün turistlərin vaxt itirmədən Kubanı tərk etməli olduqlarını vurğulayıb.
“Adadakı bütün turistlər çox gec olmamış oranı tərk etməlidirlər”, – deyə konqresmen qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da ABŞ Prezidenti Donald Tramp Kubadan gəldiyi iddia edilən milli təhlükəsizlik təhdidi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
