Azərbaycan.media xəbər verir ki, Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi ağır xəsarətlə nəticələnib.
Qəza rayonun Qarağac kəndi ərazisində qeydə alınıb. VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım vasitəsilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxundu: 15
