🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fransa 2026-cı ildə Ukraynaya əlavə hərbi yardım göndərəcək

Azərbaycan.media xəbər verir ki, Fransa 2026-cı ildə Ukraynaya əlavə təyyarələr, hava hücumundan müdafiə raketləri, hava bombaları və generatorlar tədarük edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. O bildirib ki, Fransa prezidenti Emmanuel Makron ilə aparılan danışıq zamanı cəbhə xəttindəki vəziyyət, aparılan danışıqlar və Rusiyanın kölgə donanmasına qarşı mübarizə müzakirə olunub.

Zelenski deyib: “Emmanuel qanunvericilik səviyyəsində müvafiq işlər barədə danışdı və biz vacib qərarlara ümid edirik. Əlbəttə, enerji dayanıqlığımızı gücləndirməyin yollarını da müzakirə etdik. Ukrayna tezliklə Fransadan generatorlar alacaq. Bu il əlavə olaraq Fransa təyyarələrinin, hava hücumundan müdafiə raketlərinin və hava bombalarının tədarükü də olacaq.”

Ukrayna tərəfi vurğulayıb ki, Fransa Rusiyaya qarşı təzyiqi artırmaqda qərarlıdır və Avropa səviyyəsində Rusiya Federasiyasına yeni sanksiyalar üzərində işləyir.