Azərbaycan.media xəbər verir ki, Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına həkim-psixiatr Sultanə Salmanova baş həkim əvəzi vəzifəsinə gətirilib.
Qeyd edilir ki, bir ay əvvəl səhiyyə naziri Teymur Musayev bu vəzifəyə Yaqut İlyasovu təyin etmişdi. Lakin naməlum səbəblərdən Yaqut İlyasova vəzifəsindən azad edilib.
Sosial şəbəkələrdə Yaqut İlyasovanın qazilərə hörmətsizlik etdiyi ilə bağlı iddialar yayılmışdı.
Oxundu: 29
