🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Məşhur bəstəkar Tural Bayraməliyev azadlığa buraxılıb

Azərbaycan.media xəbər verir ki, həbsdə olan məşhur bəstəkar Tural Bayraməliyev ona təyin olunmuş həbs müddətinin başa çatması ilə azad edilib.

Bəstəkar 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Şədiyyə Arif qızı Salehli tərəfindən “külli miqdarda dələduzluq” ittihamı ilə məhkəməyə verilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açmış və 8 il həbs cəzası çıxarmışdı. Tural Bayraməliyev cəzasını 13 saylı Cəza Çəkmə Müəssisəsində çəkib.

Həbsdə olduğu dövrdə bəstəkar bir sıra mətbu orqanlara və şou-biznes nümayəndələrinə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müxtəlif məzmunlu müraciətlər göndərmişdi.

Qeyd edək ki, Tural Bayraməliyev sabiq deputat Hüseyn Abdullayevin dayısı oğludur.