🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avstraliyada it avtomobili idarə etdi, sahibinin sürücülük vəsiqəsi ləğv olundu

Azərbaycan.media xəbər verir ki, Avstraliyanın Tasmaniya əyalətində çimərlikdə qeyri-adi hadisə baş verib və nəticədə bir kişinin sürücülük vəsiqəsi ləğv edilib.

Məlumata görə, kişi itini avtomobilin sükanı arxasına oturdub, özü isə yanında əyləşib. Hadisəni görən digər sürücülər polisə ağ rəngli “Mitsubishi Triton” markalı avtomobili itin idarə etdiyini və yanında bir kişinin oturduğunu bildiriblər.

Polis avtomobili və 50 yaşlı sahibini taparaq, onu avtomobili sərxoş vəziyyətdə idarə etməkdə ittiham edib. Məhkəmə qərarı ilə onun sürücülük vəsiqəsi iki il müddətinə ləğv edilib.