Azərbaycan.media xəbər verir ki, Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış şəxsiyyət, əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov vəfat edib.
Məlumata görə, o, uzun müddət davam edən xərçəng və şəkərli diabet xəstəlikləri ilə mübarizədən sonra 69 yaşında dünyasını dəyişib.
Mirəli Seyidov karate üzrə 7-ci dan qara kəmər sahibi olub və uzun illər ərzində Azərbaycan idmanına, xüsusilə karate məktəbinin formalaşmasına mühüm töhfələr verib. Onun yetirmələri ölkə daxilində və beynəlxalq arenada müxtəlif uğurlara imza atıblar.
Mirəli Seyidovun vəfatı Azərbaycan idman ictimaiyyəti üçün böyük itkidir.
Allah rəhmət eləsin.
Oxundu: 51
