Azərbaycan.media xəbər verir ki, Birinci dərəcəli qohumlar – xalauşaqları və əmiuşaqları arasında evlilik və nəsilartırma mövzusunda müzakirələr davam edir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (MSX) tərəfindən yayılan sənədlərə əsasən, qohum olmayan valideynlərin uşaqlarında genetik xəstəliklərə tutulma riski təxminən 3 faiz təşkil etdiyi halda, qohum nikahlarında bu göstərici 15 faizə yüksəlir.
Məlumatda bildirilir ki, qohum evlilikləri bəzi hallarda maliyyə və sosial təminat baxımından faydalı ola bilər və sosial kapitalın formalaşmasına töhfə verə bilər. Lakin oraqvari hüceyrəli anemiya, kistik fibroz və əzələ distrofiyası kimi genetik xəstəliklər yaxın qohum valideynlərin uşaqları arasında daha çox müşahidə olunur.
Qeyd edək ki, 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan hallar sırasına:
-
ümumi bioloji baba və ya nənəyə malik qardaş və bacı uşaqları,
-
bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı,
-
bibi (xala) ilə qardaş (bacı) oğlu
daxil edilib. Bu, qohum nikahlarının potensial genetik risklərinin nəzərə alınması məqsədini güdür.
