Azərbaycan.media xəbər verir ki, ötən ilin 28 dekabr tarixində İranda başlayan etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda ümumilikdə 5848 nəfər həyatını itirib. Həlak olanlar arasında 209 hüquq-mühafizə orqanı əməkdaşı da var.
Bu barədə ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 283 nəfər saxlanılıb.
Qeyd edək ki, daha əvvəl İran Şəhidləri və Veteranları Fondunun yaydığı məlumatda etirazlar zamanı baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfərin həlak olduğu bildirilmişdi. Yeni rəqəmlər əvvəlki statistikadan xeyli yüksəkdir və hadisələrin miqyasının daha geniş olduğunu göstərir.
