🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Donald Tramp Kanadanın Çinlə əməkdaşlığını sərt tənqid etdi: “Bu, ölkə üçün fəlakət olacaq”

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın Çin Xalq Respublikası ilə əməkdaşlığını kəskin şəkildə tənqid edərək bunun ölkə üçün ağır nəticələr doğuracağını bəyan edib.

Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək Kanadanın Pekinlə yaxınlaşmasının öz maraqlarına zidd olduğunu vurğulayıb. ABŞ prezidenti paylaşımında bildirib: “Kanada sistemli şəkildə özünü məhv edir. Çinlə saziş onlar üçün fəlakətdir.”

Onun sözlərinə görə, Ottavanın Çinlə bağlaya biləcəyi mümkün razılaşma Kanada tarixində ən uğursuz ticarət sazişlərindən biri ola bilər və ölkənin iqtisadi və strateji maraqlarına ciddi zərər vuracaq.

Trampın bu açıqlaması ABŞ–Kanada–Çin münasibətləri kontekstində regional və qlobal diplomatik gündəmdə yeni müzakirələrə səbəb olub.