🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Cəlilabadda evdən meyit tapıldı – tanınmış mühasibin ölümü ilə bağlı araşdırma aparılır

Azərbaycan.media xəbər verir ki, Cəlilabad rayonunda bir evdən meyit tapılması faktı qeydə alınıb.

Rayon sakini, 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti yaşadığı evdə aşkarlanıb. Bildirilir ki, o, əsasən Bakıda yaşayıb və bir müddət əvvəl ata evinə gəlibmiş.

Qeyd edək ki, R.Salmanov uzun illər Cəlilabad rayon Təhsil Şöbəsində mühasib, Mədəniyyət Şöbəsinin müdiri vəzifələrində çalışıb. Son dövrlərdə isə “İmprotex” şirkətində mühasib kimi fəaliyyət göstərirmiş.

Üç övlad atası olan Rəşad Salmanovun yaxın vaxtlarda övladlarından birinə nişan etdiyi də bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.