🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

YENİ AY və DOLUNAY

2-ci yazı

Bu yazıda Yeni Ayla Dolunaya müxtəlif aspektlərdən baxmağa çalışaq…

I. Bioloji aspektdən

a) Yeni Ayda

–gecələr qaranlıqdır;
–melatonin ifrazı artmağa meyllidir;
–yuxu daha dərin ola bilər;
–canlılar daha passiv rejimə keçirlər.
Bu, təbiətdə
Ovun azalması və hərəkətin minimuma enməsi ilə müşahidə olunub.
Bir sözlə, Yeni Ay bioloji sakitlik mərhələsidir.

b) Dolunayda

gecələri təbiətən daha işıqlıdır. Bu, birbaşa olaraq canlıların davranışına təsir edir.
Tarix boyu aparılan bioloji müşahidələrə görə:

–Vəhşi heyvanlar Dolunayda daha da vəhşiləşirlər;
–Ov heyvanları daha ehtiyatlı davranır.

İnsanların yuxusu dərin olmur, melatonin hormonunun ifrazı azalır, bəzi insanlar əsəbi olurlar. Dolunayın təsiri hər kəsdə eyni olmasa da statistik olaraq mənzərə elədir.
Dolunayın gəl-get təsiri də var.
Nəticə etibarı ilə Dolunay bioloji aktivliyin artdığı mərhələdir.

II. Psixoloji aspektdən baxanda

a) Yeni Ayın başlaması ilə insan içinə qapanır, daxili suallar önə çıxır, qərar vermək və niyyət formalaşdırmaq ehtiyacı güclənir. Xarici təsirlər zəiflədiyi üçün insan düşünməyə, planlarını içində ölçüb-biçməyə daha meyilli olur.
Bu səbəbdən bir çox mədəniyyətlərdə Yeni Ay bir başlanğıc kimi qəbul edilir.

b) Dolunayda Ay görünməyə başlayır. Artıq “mistik təsir” yoxdur, psixoloji olaraq tamamlanma hissi yaranır, emosiyalar üzə çıxmağa başlayır, daxili gərginlik artır.
Tarixən Dolunayda ruhi xəstəliklərin kəskinləşməsi müşahidə olunub. İnsanlar əsəbilik və yuxusuzluğu Dolunaya bağlayıblar. Modern psixologiya bunu simvolik rezonans kimi izah edir: Ay parlaqdır, hər şey üzə çıxır.

III. Mədəni–tarixi baxımdan
Bütün qədim təqvimlərin əsası Ayın fazalarına dayanır.

–İslam təqvimi Yeni Ay ilə başlayır;
–Yəhudi təqvimi Yeni Aya əsaslanır;
–Çin təqvimi Ayın fazalarına bağlıdır;
–Türk və Altay mifologiyasında Ay zamanın ölçüsüdür.

İnsanoğlu zamanı ilk dəfə Ayla ölçüb.

Simvolikada:

Yeni Ay toxum, başlanğıc, gizli potensial;
Dolunay məhsul, yetkinlik, hökm.

Əkinçilikdə:

Yeni Ay əkin;
Dolunay biçim zamanıdır.

Mifologiyada:

Yeni Ay ana bətninə, qaranlığa, başlanğıca bənzədilir;
Dolunay Tanrıların, sehr və qəhrəmanlığın vaxtıdır.
Yeni Ay potensial, hələ görünməyən gücdür;
Dolunay reallaşmış, üzə çıxan formadır.
Yəni biri niyyət, o biri nəticədir,
biri səssiz başlanğıc, o biri tamamlanma.

solda: Yeni Ay
sağda: Dolunay

 

Müəllif: İbrahim Nəbioğlu

Mənbə: Azərbaycan.media