🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Salyanda dəm qazı faciəsi: gənc kişi hamamda həyatını itirdi

Azərbaycan.media xəbər verir ki, Salyan rayonunda dəm qazından boğulma ilə nəticələnən ölüm hadisəsi baş verib.

 Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pambıqkənd kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.