🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

BƏƏ-də Rusiya–Ukrayna–ABŞ danışıqlarında ərazi məsələsi müzakirə olunacaq

Azərbaycan.media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Rusiya–Ukrayna–ABŞ arasında üçtərəfli danışıqlarda əsas müzakirə mövzularından biri ərazi məsələsi olacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

“Düşünürəm ki, üçtərəfli görüşlərdə biz bir-birimizə müxtəlif variantlar təqdim edəcəyik. Onlar ölkəmizin şərqi ilə bağlıdır. Bu, torpaq məsələsidir”, – deyə Ukrayna lideri bildirib.

Zelenski əlavə edib ki, hazırda bu mövzu ilə bağlı hələ yekun qərarlar qəbul edilməyib və müzakirələr ilkin mərhələdədir.

Qeyd edək ki, daha əvvəl Prezident Zelenski yanvarın 23–24-də Birləşmiş Ərəb Əmirlikləri ərazisində Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyini elan etmişdi.