🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çin Rusiya neftinin alışını 7,14 faiz azaldıb

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə Çin Rusiyadan aldığı neftin həcmini 2014-cü illə müqayisədə 7,14 faiz azaldıb.

Bu barədə Çin Baş Gömrük İdarəsinin açıqladığı rəsmi məlumatda bildirilib.

Belə ki, ötən ilin 12 ayı ərzində Çinə Rusiya neftinin tədarükü 100,723 milyon ton təşkil edib. Bu həcmin maliyyə dəyəri 49,8 milyard dollar olub. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə Çin Rusiyadan 108,469 milyon ton neft alıb və bu tədarükün dəyəri 62,589 milyard dollar təşkil edib.

Rəqəmlərə əsasən, azalma 7,75 milyon ton olub ki, bu da pul ifadəsində 12,79 milyard dollar həcmində fərq deməkdir.

Ekspertlərin fikrincə, Rusiya ixracatçıları üçün əsas problemlərdən biri Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyaların getdikcə sərtləşdirilməsidir. Bu şəraitdə tədarük həcmini qorumağın əsas yolu kimi qiymət elastikliyi, yəni endirim siyasətindən istifadə ön plana çıxır.