Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüş keçirib.
Görüş zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə ətraflı məlumat verilib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi vurğulanıb. Bildirilib ki, hazırda bir sıra Avropa ölkələri, o cümlədən Avropa İttifaqına üzv bəzi dövlətlər Azərbaycan qazı ilə təmin olunur.
Söhbət zamanı Azərbaycan ilə “Vitol” şirkəti arasında mövcud əməkdaşlıq və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, baş ofisi Niderlandın Rotterdam şəhərində yerləşən “Vitol” dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə təsis olunan “Vitol” Qrupu hazırda dünyanın üç əsas xam neft broker şirkəti sırasında yer alır.
