Azərbaycan.media xəbər verir ki, İspaniyada növbəti qatar qəzası baş verib. 525.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Barselonada şəhərətrafı qatar divara çırpılıb.
Hadisə yerinə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Qəza nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Rəsmi mənbələr bildiriblər ki, Kataloniya boyu leysan yağışlar müşahidə olunub və bu, gün ərzində baş verən ikinci qatar qəzasıdır. Məlum olub ki, Barselonada şəhərətrafı xətdə başqa bir qatar relsə düşən qayaya çırpılıb, lakin qatardakı 10 nəfərin heç biri xəsarət almayıb.
Xatırladaq ki, yanvarın 18-i axşam İspaniyanın cənubundakı Əndəlüs bölgəsində iki sürətli qatarın toqquşması nəticəsində 42 nəfər ölüb və xeyli sayda insan yaralanıb.
Oxundu: 24
