🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ərdoğan İstanbulda qətlə yetirilən 17 yaşlı gəncin ailəsi ilə telefonla danışıb

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bıçaqlanaraq qətlə yetirilən 17 yaşlı Atlas Çağlayanın ailəsi ilə telefon danışığı edib.

 Prezident mərhumun anası Gülhan Çağlayanla söhbətində cinayətkarların ən ağır cəzanı alması üçün prosesi şəxsən izləyəcəyini bildirib:

“Bu, bizi dərindən yaraladı, məkanı cənnət olsun. Gələn həftəsonu İstanbula gələndə sizi ziyarət etmək istəyirəm”, – deyə Ərdoğan qeyd edib.

O, həmçinin hüquq-mühafizə orqanlarına hadisənin bütün təfərrüatlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verib.

Qeyd edək ki, Atlas Çağlayan yanvarın 14-də çıxan mübahisə zamanı 15 yaşlı E.Ç. tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə Türkiyə cəmiyyətində böyük rezonans doğurub.