🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Baş nazir və Milli Məclisin sədri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Əli Əsədov, Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər. Dövlət və hökumət nümayəndələri şəhidlərin əziz xatirəsi qarşısında dərin hörmətlərini ifadə ediblər.