Azərbaycan.media xəbər verir ki, hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahının qarşısında əməliyyat keçiriblər.
“Gününsəsi.info” saytının məlumatına görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.
İqbal Ağazadə isə açıqlamasında bildirib ki, əməliyyat partiyanın ofisində deyil, qarşısında baş verib: “Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”.
Məsələ ilə bağlı “AzPolitika.info” məlumat yayıb.
