Azərbaycan.media xəbər verir ki, ödənişli yollarda sürət həddi təyin edilməsinə dair dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.
“Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişiklik layihəsinə əsasən, ödənişli avtomagistrallarda sürət həddi ayrı-ayrı nəqliyyat vasitələri üçün müəyyən ediləcək.
Layihəyə görə:
Yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddi saatda 130 kilometrdən çox olmamalıdır.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Qanun layihəsi təsdiq edildiyi halda, ödənişli avtomagistrallarda sürətin tənzimlənməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
