🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb

Azərbaycan.media xəbər verir ki, paytaxtın bəzi küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) açıqlama yayıb.

Hal-hazırda sıxlıq müşahidə olunan yollar:

  1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində

  2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində

  3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində

  4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində

  5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində

  6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində

  7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində

  8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər

  9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər

  10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində

  11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində

  12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində

  13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində

  14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində

Sürücülərə və şəhər sakinlərinə alternativ yolları seçmək və yola çıxarkən diqqətli olmaq tövsiyə olunur.