Azərbaycan.media xəbər verir ki, çay Azərbaycanda və dünyada ən çox istehlak olunan içkilərdən biridir və səhər süfrəsindən tutmuş gün ərzindəki fasilələrə qədər bir çox insan üçün vazkeçilməzdir.
Mütəxəssislər bildirirlər ki, çayın faydalı olması onun miqdarından və növündən birbaşa asılıdır. Sağlam bir insan üçün gündə 2–4 stəkan çay ideal hesab olunur. Bu miqdar orqanizmi faydalı maddələrlə təmin edir və mənfi təsirlərə səbəb olmur.
Çay antioksidantlarla zəngindir, immun sistemini gücləndirir, yorğunluğu azaldır və diqqəti artırır. Yaşıl çay maddələr mübadiləsini sürətləndirir, qara çay isə beyin fəaliyyətini stimullaşdırır. Bitki çayları – məsələn, çobanyastığı, nanə və adaçayı – isə sakitləşdirici təsir göstərir.
Mütəxəssislər xəbərdarlıq edir ki, gün ərzində 5–6 stəkandan çox çay içmək bəzi hallarda yuxusuzluq, ürək döyünməsi, mədə narahatlığı və dəmir çatışmazlığına səbəb ola bilər. Xüsusilə qara çayın tərkibindəki kofein və tanin maddələri bu problemləri yarada bilər.
