🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəkidə minik avtomobilində yanğın baş verib

Azərbaycan.media xəbər verir ki, axşam saatlarında Şəki rayonunun Cumakənd kəndində minik avtomobilində yanğın hadisəsi qeydə alınıb.

 Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, avtomobilin yanması barədə məlumat daxil olan kimi hadisə yerinə texnika və canlı qüvvə göndərilib. Məlum olub ki, yanğın 26 yaşlı Elmir Hüseynova məxsus QAZ-3110 markalı avtomobildə baş verib və nəticədə maşının yanar konstruksiyaları zərər görüb.

Yanğın zamanı xəsarət alan olmayıb, yaxınlıqdakı tikililər isə yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.