Azərbaycan.media xəbər verir ki, Böyük Britaniya Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çəkməyə başlayıb.
Bu qərar ABŞ Prezidenti Donald Trampın İranda etirazçılara müraciət edərək yardımın yolda olduğunu bildirməsindən sonra verilib.
İran dəfələrlə açıqlayıb ki, ABŞ regionda hərbi əməliyyatlara başlasa, Amerika hərbi obyektlərinə qarşı cavab tədbirləri həyata keçirəcək.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndəsi əməliyyat təhlükəsizliyi səbəbindən hərbçilərin yerləşdirilməsi və dislokasiyası ilə bağlı detallara şərh verilmədiyini bildirib. Nazirlik əlavə edib ki, Britaniya hər zaman hərbi personalının təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görür və zəruri hallarda hərbçilərin geri çəkilməsi bu tədbirlərin bir hissəsidir.
Hazırda Qətərdəki bazadan bütün britaniyalı hərbçilərin çıxarılıb-çıxarılmayacağı dəqiqləşdirilməyib.
