Azərbaycan.media xəbər verir ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olaraq qalmaq niyyətindədir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib. Onun sözlərinə görə, ölkə mümkün qədər uzun müddət AİB-də üzvlüyünü davam etdirəcək.
“Ermənistan mümkün qədər uzun müddət Avrasiya İqtisadi Birliyində qalacaq”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın AİB-də üzvlüyü məsələsi son illər dəfələrlə müzakirə olunub. Bu müzakirələr əsasən İrəvanın Avropa İttifaqına üzvlük niyyəti ilə bağlıdır.
Xatırladaq ki, ötən ilin dekabrında Nikol Paşinyan Ermənistanın məqsədinin AİB-dən çıxmaq deyil, Avropa İttifaqına üzv olmaq olduğunu bildirmişdi. O, bu istiqamətdə atılan addımların hazırkı mərhələdə ölkə üçün uyğun olduğunu qeyd etmişdi.
