Azərbaycan.media xəbər verir ki, müğənni Elit Star Cəmilə sosial şəbəkələrdə yayılmış açıqlaması ilə diqqət çəkib.
“Rəngarəng” verilişində qonaq olan müğənni etiraf edib ki, Dubayda ona ev hədiyyə olunması təklif edilsə də, bu təklifi qəbul etməyib. Onun sözlərinə görə, təklif şəxsi pərəstişkarları tərəfindən irəli sürülüb:
“Xanım var, əri ilə birlikdə mənim pərəstişkarlarımdırlar. Məni dəvət etdilər və dedilər ki, Dubayda sizə ev hədiyyə edək. Amma mən bunu istəmədim, çünki ora köçüb yaşamaq niyyətində deyildim. Ev satmaq üçün yox, qalmaq məqsədi ilə verilirdi. Rezidenslər onların əlində idi, istəsəm aylarla qala bilərdim”.
Elit Star Cəmilə bildirib ki, Dubayda uzun müddət qalmaq onun iş qrafikinə uyğun olmayıb:
“Mən buradakı işlərimi qoyub uzun müddət gedə bilmərəm. Orada maksimum 2-3 gün qala bilərdim. Həmin evlərin qiyməti 1,5–2 milyon dollardan başlayırdı. Mənə isə 2-3 otaqlı ev hədiyyə edirdilər”.
Müğənni əlavə edib ki, ev təklifindən imtina etsə də, ona əlavə olaraq qiyməti 50 min dollar olan qızıl dəsti hədiyyə olunub.
O vurğulayıb ki, bütün bu təklif və hədiyyələrə baxmayaraq, Dubayda yaşamaq onun gələcək planlarına uyğun olmadığı üçün təklifi rədd edib.
