Azərbaycan.media xəbər verir ki, Lənkəranda avtobus sürücüsü iş başında vəfat edib.
Məlumata görə, hadisə Şıxakəran kəndi ərazisində qeydə alınıb. Lənkəran sakini Tofiq Abbasovun cansız bədəni avtobusun içərisində aşkar olunub.
İlkin məlumata görə, o, Şıxakəran–Lənkəran marşrutu üzrə işini başa vurduqdan sonra avtobusu yaşadığı evin həyətinə aparıb və naməlum səbəbdən avtobusun içərisində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit aidiyyəti üzrə təhvil verilib. Tofiq Abbasovun ölümünün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.
Oxundu: 34
