🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Şirvanda bir hissəyə qaz verilişində fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, Şirvan şəhərinin bir hissəsində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət “MİDA” MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xətti “Şirvan Əhali” ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.

Qeyd olunub ki, işlərin icrası zamanı saat 10:00-dan etibarən, işlər başa çatanadək Şirvan şəhərinin ümumi 4 705 abonentini əhatə edən hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.