🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran üzərindən Naxçıvana sərnişin və yük daşımalarında problem yoxdur

Azərbaycan.media xəbər verir ki, İranda baş verən son hadisələrə baxmayaraq, Bakıdan bu ölkənin ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına sərnişin daşımalarında hər hansı çətinlik müşahidə olunmur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd olunub ki, mövcud vəziyyət Azərbaycan və İran arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə beynəlxalq yük daşımalarının həyata keçirilməsinə də mənfi təsir göstərmir.

“Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” İctimai Birliyindən isə bildirilib ki, hazırda Azərbaycandan İran istiqamətində yük daşımalarında heç bir problem yoxdur. Assosiasiyanın məlumatına görə, daşıyıcılardan bu məsələ ilə bağlı hər hansı müraciət daxil olmayıb.

Vurğulanıb ki, İran istiqamətində yük daşımaları adi rejimdə davam etdirilir.