🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp administrasiyası İrana ordu göndərməyi planlaşdırmır

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İran ərazisinə ordu göndərmək niyyətində olmadığı bildirilir.

 Ağ Evdə Tehran üzərində mümkün hərbi təsir variantları müzakirə edilsə də, rəsmi şəxslər hərbi zərbələrin əks nəticə verə biləcəyindən narahatdırlar. Qeyd olunur ki, belə addımlar İran cəmiyyətinin birləşməsinə və ya Tehranın hərbi cavab reaksiyasına səbəb ola bilər.

Xatırladaq ki, bundan əvvəl bəzi media orqanlarında Tramp administrasiyasının İrana qarşı hərbi müdaxilə variantlarını nəzərdən keçirdiyi ilə bağlı məlumatlar yayılmışdı.