🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp administrasiyası İrana qoşun göndərilməsini gündəmdə saxlamır

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İrana qoşun göndərməyi planlaşdırmadığı bildirilir.

ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisi İranda quru əməliyyatlarının Trampın nəzərdən keçirdiyi variantlar arasında olmadığını bildirib.

Məlumata əsasən, Ağ Evdə Tehrana qarşı güc tətbiqi ilə bağlı müəyyən variantlar müzakirə olunsa da, Vaşinqton belə addımların əks nəticə verə biləcəyindən narahatdır. ABŞ rəhbərliyi mümkün hərbi müdaxilənin bölgədə vəziyyəti daha da gərginləşdirə biləcəyini istisna etmir.